28 aprel 2025, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Myanmada martın 28-də baş vermiş dağıdıcı zəlzələdən sonra ümumilikdə 157 afterşok qeydə alınıb

28-04-2025
IMG

Myanmada martın 28-də baş vermiş dağıdıcı zəlzələdən sonra ümumilikdə 157 afterşok qeydə alınıb.

Fhnews.az xəbər verir ki, bu barədə ölkənin Meteorologiya və Hidrologiya Departamenti məlumat yayıb. Bildirilib ki, təkanlar 2,8-7,5 bal gücündə olub.

Aprelin 25-nə olan məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 3763 nəfərə çatıb, 5107 nəfər yaralanıb, 110 nəfər isə itkin düşüb.

Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tailandın Meteorologiya Departamenti zəlzələnin maqnitudasını 8,2 bal gücündə qiymətləndirib. Təbii fəlakət Tailandı da vurub, yeraltı təkanlar Çin və Vyetnamda da hiss olunub.

Paylaş: