28 aprel 2025, bazar ertəsi Bakı, 11°C
IMG-LOGO

Birinci rübdə DSMF-də 63 mindən çox vətəndaş müraciəti cavablandırılıb

28-04-2025
IMG

Bu ilin yanvar-mart ayları ərzində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 63 min 289 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb.

Bu barədə  Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onlardan 56 min 728-i rəsmi məktub və telefon zəngi, 6 min 561-i isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.

Paylaş: