Peşəkar mühasib sertifikatı üzrə elektron sınaq imtahanı keçirilib
Aprelin 27-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda peşəkar mühasib sertifikatı imtahanının I və II mərhələsi üzrə sınaq imtahanı keçirilib.
DİM-dən bildirilib ki, imtahanda ümumilikdə 352 nəfər iştirak edib.
İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə (qapalı tipli tapşırıqlar üzrə) tanış olmaq imkanına malik olublar. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən yekun imtahan nəticələrinin 6 həftə ərzində elan olunması nəzərdə tutulur.
9 illik orta təhsil səviyyəsi üzrə...
“Yüksəliş” müsabiqəsinin onlayn...
Peşəkar mühasib sertifikatı üzrə...
Bu gün 52 minə yaxın IX sinif şagirdinin...
Respublika Gənclər Kitabxanasında...