Gəmi qalıqlarından 1100 illik açılmamış amfora çıxarılıb
Antalyanın Kaş rayonu sahillərində robotların köməyi ilə aparılan sualtı qazıntılar zamanı batan gəmidən çıxarılan 1100 illik ağzı bağlı amfora,yəni qədim dövrlərdə istifadə edilən küpə arxeoloqların marağına səbəb olub.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin “Gələcək üçün İrs Layihəsi” çərçivəsində aparılan qazıntı işləri nəticəsində gəminin batdığı yerdən təxminən 45-50 metr dərinlikdə qapalı amfora çıxarılıb. Amfora birbaşa quruya gətirilmədən müəyyən mərhələlərdən keçdikdən sonra Kəmərdəki Akdeniz Universitetinin Sualtı Arxeologiya Laboratoriyasına aparılıb və əvvəlcə mikroskop və xüsusi böyüdücülər vasitəsilə araşdırılıb. Daha sonra Antalya Regional İdarə Heyətinin mütəxəssisləri və laboratoriya bərpaçılarının əməyi ilə amforanın ağzı açılıb. Mütəxəssislər amforanın içindəki materialdan nümunələr götürərək analizə başlayıblar.
Myanmada martın 28-də baş vermiş...
Çin 2035-ci ilədək avtomobil...
Gündə üç dəqiqəlik orta fiziki fəaliyyət...
Gənclər sürətlə siqaretdən imtina edir –...
Mərmərə dənizində 3,5 bal gücündə...