28 aprel 2025, bazar ertəsi Bakı, 13°C
IMG-LOGO

“Titanik”in "kəhanət" məktubu 400 min dollara satıldı

27-04-2025
IMG

“Titanik”dən sağ çıxan polkovnik Qreysinin kəhanət məktubu hərracda 400 min dollara satılıb. 

BBC-nin məlumatına görə, polkovnik Archibald Qreysi səyahət zamanı yazdığı məktubda “gözəl gəmi” haqqında mühakimə yürütməzdən əvvəl “Mən səyahətimin sonuna qədər gözləyəcəm”-deyə ifadə işlədib. 

Qreysi eyni zamanda “Titanikin əsl hekayəsi” adlı kitab da yazıb. O, kitabında 1912-ci il aprelin 15-də batan və 1500 nəfərin ölümünə səbəb olan bədbəxt sərnişin gəmisi ilə bağlı xatirələrini danışır. Polkovnik Qreysi aşmış xilasedici qayığa tullanaraq batmaqdan xilas olsa da, bu, səhhətində ciddi problemlər yaradır və o,fəlakətdən 8 ay sonra dünyasını dəyişib.

Məktub bu gün Wiltshire ştatının Devizes şəhərindəki “Henry Aldridge and Son” mağazasında satışa çıxarılıb və 400 min dollara satılıb.

Paylaş: