İstanbulda “Mərmərə Zəlzələ Təlimi” keçirilib
Mümkün Mərmərə zəlzələsi üçün hazırlanan İstanbul Sağlamlıq Fəlakəti Fəaliyyət Planı çərçivəsində İstanbulda "Mərmərə Zəlzələ Təlimi" keçirilib.
Türkiyə Səhiyyə Nazirliyinin koordinasiyası ilə İstanbul Sağlamlıq Müdirliyi tərəfindən mümkün zəlzələdən sonra səhiyyə xidmətlərinin fasiləsiz davam etməsini təmin etmək üçün həyata keçirilən təlimə 16 bölgənin səhiyyə qurumları qatılıb.
Son 2 gündə Tuzla, Pendik, Adalar, Kartal, Maltəpə, Sultanbəyli, Sancaktepe və Çekmeköydə eyni vaxtda keçirilən manevrlərdə fəlakətdən sonra bölgələrdən gələn dəstək sağlamlıq qrupları üçün sahə təcrübələri həyata keçirilib.
Təlimdə Səhiyyə Nazirliyindən 75, İstanbuldan 1025 və yardımçı vilayətlərdən 726 olmaqla ümumilikdə 1826 personal və 187 texnika iştirak edib. Təlim 30 xəstəxana, 10 Ailə Sağlamlığı Mərkəzi, 7 Rayon Səhiyyə Müdirliyi, 1 İctimai Sağlamlıq Mərkəzi, 1 səhra xəstəxanası və 12 Təcili Müdaxilə Bölməsində 18 təcili yardım maşını, 1 Səyyar Komanda Mərkəzi və 38 UMKE maşını ilə həyata keçirilib.
Təlimdəki ssenariyə görə, zəlzələdə yaralanan 250 nəfər dağıntılar altından çıxarılaraq müalicə üçün xəstəxanalara çatdırılıb.
Myanmada martın 28-də baş vermiş...
Çin 2035-ci ilədək avtomobil...
Gündə üç dəqiqəlik orta fiziki fəaliyyət...
Gənclər sürətlə siqaretdən imtina edir –...
Mərmərə dənizində 3,5 bal gücündə...