FHN: Ötən həftə ərzində 181 yanğına çıxış olub (video)
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 181 yanğına çıxış, 29 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 41 nəfər xilas edilib, yanğınlar zamanı 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 6 nəfər xəsarət alıb, 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Azərbaycan əməyin mühafizəsi sahəsində...
ANAMA-nın əməkdaşı minaya düşüb ...
Sabah Bakıda və Abşeron yarımadasında...
Bahar Muradova: İşçi hüquqlarını yeni...
Ombudsman: Rəqəmsal texnologiyalardan...