Anonimləşdirilmiş məhkəmə qərarları ilə necə tanış olmaq olar?
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupunun fəaliyyəti çərçivəsində Vahid Məhkəmə Portalında (https://courts.gov.az/) müflisləşmə ilə bağlı işlər üzrə anonimləşdirilmiş məhkəmə qərarları yerləşdirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Anonimləşdirilmiş qərarlar” bölməsində qərarın ili, məhkəmənin adı, işin növü, məhkəmə aktı və hakim barədə məlumatlar əks olunub. Bununla yanaşı, bölmədə qərarı seçərək sənədə baxış, işin mahiyyəti və nəticə ilə tanış olmaq, həmçinin sənədlərin yüklənməsi mümkündür.
Qərarlarla linkinə keçid edərək tanış olmaq olar.
Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.
Ölkə ərazisində yağıntılı və küləkli...
Zərifə xanım Əliyevanın zəngin elmi irsi...
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti...
DSMF “Pan Finance Awards 2025”...
Azərbaycan əməyin mühafizəsi sahəsində...