"Marneuli Open 2025" şahmat turnirinə yekun vurulub
Gürcüstanın Marneuli şəhərində "Marneuli Open 2025" şahmat turniri keçirilib.
Fhnews.az xəbər verir ki, iki gün davam edən yarış “İnkişaf və Təhsil Mərkəzi"nin təşkilatçılığı və “SOCAR”ın dəstəyi ilə “Tea House”da (Çay Evi) baş tutub.
Turnirdə 12 yaş, 16 yaş və 16 yaşdan yuxarı 70 nəfər yeniyetmə və gənc öz gücünü sınayıb.
Gürcüstan Şahmat Federasiyasının vitse-prezidenti Giorgi Giorgadze və "Gürcüstan Azərbaycalılarının İnteqrasiya Mərkəzi"nin (GAİM) direktoru Murad Muradov çıxış edərək gənc şahmatçılara uğurlar arzulayıblar.
İsveçrə sistemi üzrə keçirilən yarışda 12 yaş kateqoriyasında “Tea House”un yetirmələri Timur Kələyev 6 xalla birinci, eyni xala malik Ayxan Əsgərov ikinci, GAİM-in yetirməsi Murat Nəbiyev isə üçüncü yerə layiq görülüblər.
16 yaş kateqoriyasında isə “Qaraçöp” klubunun yetirməsi Tahir Məmmədov 7 xalla bütün rəqiblərini qabaqlayıb. “Tea House”un yetirməsi Əli Əliyev 6.5 xalla ikinci, “Qaraçöp” klubunun üzvü Bəhlul Quliyev 6 xalla üçüncü yerə çıxıblar.
Qeyd edək ki, eyni zamanda Rustavidə Kvemo Kartli Şahmat Federasiyasının təşkilatçılığı və Rustavi Meriyasının dəstəyi ilə şahmat çempionatı keçirilib. Yarışda Kvemo Kartli regionundan 8-10-12 yaş kateqoriyalarından uşaq və yeniyetmələr iştirak ediblər.
“Tea House” məktəbinin yetirmələri Rafael Bayramov 6 xalla birinci, eyni xal toplayan Ayxan Əsgərov isə ikinci olub.
Marneuli rayonunun “Kürdlər” klubunun şahmatçısı Məhəmməd Şərəyev 4.5 xalla beşinci, eyni xala malik Timur Kələyev 10-cu, Rizvan Əliyev 12-ci yerlə kifayətləniblər.
R.Bayramov bu nəticə ilə şahmat üzrə Gürcüstan çempionatına lisenziya əldə edib.
"Marneuli Open 2025" şahmat turnirinə...
Azərbaycan kikboksçuları Latviyada...
Şahmat üzrə ikiqat dünya və Avropa...
Kadetlər arasında zona birinciliklərinin...
Azərbaycan cüdoçuları Avropa...