ANAMA-nın əməkdaşı minaya düşüb
Aprelin 28-də Qazax rayonunun işğaldan azad edilmiş Qızılhacılı kəndi ərazisində mina hadisəsi baș verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Agentliyin əməkdaşı, 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrindən yüngül xəsarətlər alıb.
Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Ölkə ərazisində yağıntılı və küləkli...
Zərifə xanım Əliyevanın zəngin elmi irsi...
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti...
DSMF “Pan Finance Awards 2025”...
Azərbaycan əməyin mühafizəsi sahəsində...