Dövriyyədə olan ödəniş kartlarının sayı artıb
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 221 min ədəd artaraq 20 milyon 460 min ədəd təşkil edib.
Fhnews.az Mərkəzi Banka istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17,4 faiz artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 20,1 faiz, kredit kartları üzrə 0,01 faiz olub. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə artıb.
2025-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,562 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5,668 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 890 milyon manatı POS-terminallar, 2,5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67 faizini təşkil edib.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin mart ayının sonu ilə müqayisədə bankomatların sayı 7 faiz, POS-terminalların sayı 38 faiz artıb.
Dövriyyədə olan ödəniş kartlarının sayı...
Enerji Məsələlərini Tənzimləmə Agentliyi...
Sitrus meyvələrinin ixracında 51,5 faiz...
“Konstitusiya və Suverenlik:...
Bakıda keçirilən Kosmik Texnologiyalar...