Hərbi pilotlar növbəti təlim-məşq uçuşları keçiriblər
2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələrində “Super Muşşak” təlim təyyarələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.
Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanılandan və təhlükəsizlik qaydaları elan olunandan sonra hərbi pilotlar “Super Muşşak” təlim təyyarələrinə nəzarət baxışı keçiriblər.
Təlimin planına uyğun olaraq, gənc təyyarəçilər havaya qalxma və yerə enmə, müəyyən edilmiş marşrutlar üzrə aviasiya qrupları tərkibində uçuşların icra edilməsi, müxtəlif hündürlüklərdə pilotaj manevrləri və digər təlim tapşırıqlarını uğurla yerinə yetiriblər.
Hərbi pilotların döyüş hazırlığı və praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən uçuşlar zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.
Hərbi pilotlar növbəti təlim-məşq...
Hərbi vəzifəlilərlə çöl şəraitində...
Azərbaycan Ordusunun mövqeləri Çəmbərək...
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim...
Azərbaycan və Özbəkistan Müdafiə...