Çay dəmləmək sağlamlıq üçün zərərli ağır metalları azalda bilər - TƏDQİQAT
ABŞ-ın Şimal-Qərb Universitetinin tədqiqatçıları aşkar ediblər ki, çay dəmləmə prosesi içməli sudakı ağır metalları, xüsusilə qurğuşun və kadmiumu əhəmiyyətli dərəcədə azalda bilər. Araşdırmaya görə, çay yarpaqları bu metalları öz səthində adsorbsiya edərək sudan süzür. Üç-beş dəqiqəlik standart dəmləmə prosesi içməli sudakı qurğuşunun təxminən 15 faizini çıxara bilər.
Fhnews.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, müxtəlif çay növləri üzərində aparılan sınaqlara qara, yaşıl, ağ çaylar, eləcə də çobanyastığı və rooibos çayları daxil edilib. Tədqiqat nəticələri göstərib ki, incə üyüdülmüş çay yarpaqları, xüsusilə qara çay daha çox metal ionlarını sudan çıxarma qabiliyyətinə malikdir. Bunun səbəbi bu yarpaqların böyük səth sahəsinə malik olması ilə izah edilir.
Tədqiqatçılar çay paketlərinin də təsirini araşdırıblar. Nəticələrə görə, sellüloz torbalar pambıq və neylon torbalara nisbətən daha çox ağır metal adsorbsiya edir. Bununla belə, alimlər vurğulayırlar ki, çay yarpaqlarının içməli suyu süzmək üçün xüsusi filtr kimi istifadəsi məqsədəuyğun deyil.
Tədqiqatın müəllifləri bildirirlər ki, bu kəşf çayın təkcə sağlamlıq üçün faydalı içki deyil, eyni zamanda, ağır metallara məruz qalmanı azaldan passiv bir faktor olduğunu göstərir. Alimlər bu təsirin ürək xəstəlikləri və insult riskinin azalması ilə əlaqəli ola biləcəyini qeyd edirlər.
ABŞ-da kəpənək populyasiyası 22 % azalıb...
Antalyada anemon vaxtı......
Çay dəmləmək sağlamlıq üçün zərərli ağır...
İqlim dəyişikliyi şokolad istehsalına da...
3D çaplı qapaq ürək xəstəliklərinin...