ABŞ-da kəpənək populyasiyası 22 % azalıb
ABŞ alimləri 2000-2020-ci illər arasında ölkə üzrə kəpənək populyasiyasının 22 faiz azaldığını qeydə alıblar. Alimlər bildiriblər ki, kəpənək populyasiyasının azalmasına səbəb yaşayış yerlərinin itirilməsi, pestisidlər və iqlim dəyişikliyidir. “Science Daily”nin xəbərinə görə, kəpənəklərlə bağlı 76 min araşdırmadan əldə edilən 12,6 milyon məlumat təhlil edilib.
Elm adamları statistik modellərdən istifadə edərək 342 kəpənək növünün populyasiya dəyişikliklərini tədqiq edərək, kəpənəklərin illər ərzində azalma sürətlərini və ən çox təsirlənən növlərini müəyyən ediblər.
Araşdırma nəticəsində məlum olub ki, ABŞ-da kəpənək populyasiyası 2000-ci ildən 2020-ci ilə qədər 22 faiz azalıb.Araşdırmada qeyd olunub ki, ABŞ-da 107 müxtəlif növ kəpənəklərin populyasiyası 50 faizdən çox azalıb, bəzi növlər isə 98 faiz yox olub.
Kəpənəklərin ekosistemdə həyati rol oynadığını vurğulayan elm adamları kəpənəklərin sürətlə çoxalma qabiliyyətinə malik olduqları üçün müvafiq qorunma tədbirləri ilə onların populyasiyalarının canlandırılmasının mümkün olduğunu qeyd ediblər.
ABŞ-da kəpənək populyasiyası 22 % azalıb...
Antalyada anemon vaxtı......
Çay dəmləmək sağlamlıq üçün zərərli ağır...
İqlim dəyişikliyi şokolad istehsalına da...
3D çaplı qapaq ürək xəstəliklərinin...