14 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

Qərbi Avropadakı ən qədim insan qalıqları İspaniyada tapılıb

13-03-2025
IMG

Qərbi Avropada yaşı 1,1 ilə 1,4 milyon il arasında olduğu bildirilən ən qədim insan qalıqları İspaniyanın şimalındakı Burqos şəhərinin Atapuerka bölgəsində tapılıb.

Atapuerkada çalışan ispan elm adamlarının “Nature” jurnalında dərc etdiyi məqalədə 1,1-1,4 milyon il əvvələ aid olduğu ifadə edilən üz sümükləri fosilinin hazırda Avropada "Homo affinis erectus" olaraq təsnif edilən yeni insan növünə uyğun gəldiyi ifadə edilib.Bu tapıntı Qərbi Avropada erkən Pleistosen dövründə ən azı iki növün mövcud olduğunu göstərir.

Bu dövrə qədər Qərbi və Mərkəzi Avropada ən qədim insan növü "Homo antecessor" kimi tanınırdı və yeni kəşflə Avropa qitəsinə ilk çatan növ "Homo affinis erectus" olduğu üzə çıxıb.

Paylaş: