14 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

FHN əməliyyat görüntüləri yayıb (video)

13-03-2025

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilə eyvanın dəmir barmaqlıqlarını kəsərək daxil olub və evdə yatmış vəziyyətdə aşkarlanmış 2013-cü il təvəllüdlü yeniyetməni valideynlərinə təhvil veriblər.

Paylaş: