NASA “IceNode” robotu ilə aysberqin görünməyən hissəsini ölçəcək
NASA-nın kosmik robotlar departamentinin mütəxəssisləri tərəfindən hazırlanmış bu robot buzlaqların altına çatmağı və dəniz səviyyəsinin qalxması ilə bağlı ən dəqiq məlumatları əldə etməyi hədəfləyir. Avropa İttifaqının Kopernik peyk monitorinqi sisteminin dərc etdiyi son məlumatlara görə, fevral ayı tarixdə qeydə alınan üçüncü ən isti ay olub. Hər iki qütbdəki dəniz buz sahələrinin cəmini təmsil edən qlobal gündəlik dəniz buz sahəsi də fevralın əvvəlində tarixi minimuma çatıb.
Qlobal istiləşmə nəticəsində buzlaqların əriməsi ilə bağlı məlumatlar qeydə alınarkən, bunun nəticəsində dəniz səviyyəsinin qalxması bir çox qurum tərəfindən dəqiq ölçülməyə çalışılır. Bu qurumlar arasında Amerika Milli Aeronavtika və Kosmos Administrasiyasının kosmos robotları üzərində tədqiqatlar aparan bölməsi olan Jet Propulsion Laboratory (JPL) var.
JPL ofisinin məlumatlarına görə, əsrin sonunda Antarktida buz şelfinin dağılması dəniz səviyyəsinin 1 metr və ya daha çox qalxmasına səbəb ola bilər ki, bu da bütün dünyada yüz milyonlarla insanın həyatına ciddi təsir göstərə bilər.
İstiləşmə iqlimində buz təbəqələrinin nə olacağı sualına cavab vermək üçün lazım olan təfərrüatlı məlumatların olmaması dəniz səviyyəsinin yüksəlməsini dəqiq proqnozlaşdırmaq üçün əsas maneə olaraq qalır.
Dəqiq ölçmə aparmaq üçün Antarktida buz şelfinin altındakı boşluqlara daxil olmaq və bu ərazilərdə araşdırmalar aparmaq lazımdır. Bu çətin tapşırığı yerinə yetirmək üçün JPL alimləri “IceNode” adlı sualtı robot hazırlayıblar.
“IceNode”un Antarktidada üzən aysberqlərin altından məlumat toplamaq üçün nəzərdə tutulmuş bir robot olduğunu ifadə edən alimlər deyirlər ki, bu böyük aysberqlərin altında nə olduğunu anlamaq, gələcəkdə dəniz səviyyəsinin yüksələcəyini proqnozlaşdırmağın açarlarından biridir.
Robot təxminən 2 metr hündürlüyündə və 100 kiloqram ağırlığındadır.
İsveçdə məktəblərdə smartfonların...
Sarayevoda Qazi Hüsrev bəy...
Kanada ABŞ-nın polad və alüminium...
Misirdə sərnişin qatarı ilə mikroavtobus...
Qırğızıstan və Tacikistan arasında...