14 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili və karyera ilə bağlı layihəyə start verilib

13-03-2025
IMG

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili və karyera körpüsü” layihəsinə start verilib.

Bu barədə Peşə Təhsil Mərkəzindən məlumat verilib.

Bildirilib ki, layihənin keçirilməsində məqsəd Mərkəzin tələbələrinin peşəkar bacarıqlarını inkişaf etdirmək, onların əmək bazarına hazırlığını gücləndirmək və bu təhsil ocağının nüfuzunu artırmaqdır. Eyni zamanda, tələbələrlə iş dünyası arasında əlaqələri möhkəmləndirmək, məzunların işəgötürənlərlə əməkdaşlıq perspektivlərini artırmaq və peşə təhsilinin cəlbediciliyini yüksəltmək hədəflənir.

“Peşə təhsili və karyera körpüsü” layihəsi bu tədris ili ərzində ardıcıl həyata keçiriləcək, eyni zamanda, növbəti illərdə də davam etdiriləcək. Əsas diqqət turizm, aqrar və sənayenin digər istiqamətlərində tələbələrin bacarıqlarının gücləndirilməsinə yönəldiləcək.

Paylaş: