14 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması - panel iclas

13-03-2025
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumun birinci gününün sonuncu paneli keçirilir.

Fhnews.az xəbər verir ki, Bosniya və Herseqovinanın BMT yanında daimi nümayəndəsi, Bosniya və Herseqovinanın sabiq Baş naziri, Bosniya və Herseqovinanın sabiq Baş nazirinin müavini Zlatko Laqumdziyanın moderatorluğu ilə keçirilən “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" adlı panel iclasda Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska Davkova çıxış edəcək.

İclasda videoformatda BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayder, Beynəlxalq Telekommunikasiya Birliyinin Baş direktorunun müavini Tomas Lamanauskas, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktorunun müavini, Nüvə Elmləri və Tətbiqləri Departamentinin rəhbəri Nəcat Moxtar, BMT 77-ci Baş Assambleyasının Prezidenti Ksaba Korosi, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd M. Xan, Türkiyə Respublikası Prezidentinin milli təhlükəsizlik və xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıc, Macarıstanın sabiq Prezidenti Katalin Novak və Dünya Bankının sabiq vitse-prezidenti Hafez Qanem, Sloveniyanın sabiq Prezidenti Borut Pahorun çıxışları dinləniləcək.

Paylaş: