Azərbaycanın iki boksçusu Macarıstandakı turnirə qələbə ilə başlayıb
Azərbaycan millisinin iki boksçusu Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb.
Boks Federasiyasından verilən məlumata görə, 60 kiloqramda mübarizə aparan Məhəmmədəli Qasımzadə 1/4 finalda Lukas Vimislski (Slovakiya) ilə üz-üzə gəlib. Görüş boksçumuzun 5:0 (30:25, 30:26, 30:26, 30:25, 30:25) hesablı qələbəsi ilə başa çatıb. Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən M.Qasımzadə bu mərhələdə Aksel Eqartla (Uels) döyüşəcək.
Əli Abdullayev (65 kiloqram) isə 1/8 finalda Qabor Skubikslə (Macarıstan) qarşılaşıb. O, görüşün taleyini ilk raundda həll edib. Tam üstünlüklə qalib gələn Ə.Abdullayev ikinci döyüşündə Qerq Şarazı (Macarıstan) sınağa çəkəcək.
Qeyd edək ki, turnirə martın 15-də yekun vurulacaq.
Avropa çempionatı: Azərbaycanın bir...
Azərbaycanın iki boksçusu Macarıstandakı...
Azərbaycan və Latviya arasında basketbol...
Azərbaycanın yunan-Roma güləşçisi Avropa...
Avropa çempionatı: Azərbaycanın daha bir...