Dövlət əmlaklarının özəlləşdirilməsi nəticəsində son 5 ildə büdcəyə daxil olan vəsait açıqlanıb
2020-2024-cü illərdə 52 açıq səhmdar cəmiyyətin səhmləri, 1237 kiçik müəssisə, obyekt və icarəyə verilmiş qeyri-yaşayış sahəsi, 2043 nəqliyyat vasitəsi, 961 müəssisə və obyektin yerləşdiyi dövlət torpaq sahəsi özəlləşdirilib.
Fhnews.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, həmçinin 12 dövlət müəssisə və əmlak kompleksinin özəlləşdirilməsi investisiya müsabiqəsi vasitəsilə həyata keçirilib.
Hesabat dövrü ərzində özəlləşdirmə nəticəsində dövlət büdcəsinə 514,4 milyon manat vəsait daxil olub. Son 5 ildə özəlləşdirilmiş müəssisələrə 56,7 milyon manat investisiya yatırılıb.
Fəaliyyətsiz və ya potensialından aşağı səviyyədə işləyən dövlət müəssisələrinin özəlləşdirilməsi, həmin müəssisələrə investorların cəlbi istiqamətində də işlər görülüb. Belə ki, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin və "Aqrarkredit" QSC-nin tabeliyindəki müəssisələr, eləcə də Energetika Nazirliyinin alternativ enerji istehsalı obyektləri özəlləşdirilməyə açılıb. Ləğv edilmiş “Azərkontrakt” ASC-nin özəlləşdirilməsi məqsədəuyğun hesab olunan əmlakları müəyyən edilib.
Qeyd olunub ki, özəlləşdirməyə açıq olan müəssisə və obyektlərdə ilkin addım kimi inventarizasiya və təşkilati restrukturizasiya tədbirləri həyata keçirilib, onların təşkilati-hüquqi formaları qanunvericiliyə uyğun olaraq dəyişdirilib, nizamnamə kapitalı mövcud bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla və müstəqil qiymətləndiricinin iştirakı ilə dəqiqləşdirilib.
Uğurla özəlləşdirilən istehsal müəssisələri sırasında "Azərtütün" və "Bakı Ayaqqabı Fabriki" ASC-ləri, "Şəki Şərab", "Qərb Tekstil", "Sumqayıt Tekstil", “Bakı Alüminium Profil”, “Balaxanı Metal Konstruksiyaları”, "Bakı Mərmər Qranit" və “Bakı Beton Konstruksiyaları” MMC-ləri yer tutur.
Sərnişin daşımaları həyata keçirənlərə...
Təmiz Enerji Mərkəzi vasitəsilə həyata...
AİB ilə istilik təchizatı sektorunun...
Bu il kommersiya qurumlarının sayı 8...
“AzərEnerji” “Masdar” şirkəti ilə...