13 mart 2025, cümə axşamı Bakı, 11°C
IMG-LOGO

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ICESCO-da görüş keçirib
 

13-03-2025
IMG

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatında (ICESCO) görüş keçirib.

Fhnews.az təşkilatın məlumatına istinadla xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun ICESCO-nun Baş direktoru Salim əl-Malik ilə görüşündə əməkdaşlığın müxtəlif sahələri üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədovun da iştirak etdiyi görüşdə Salim əl-Malik ICESCO ilə Azərbaycan arasında möhkəm əlaqələrin olduğunu bir daha qeyd edib. Onun sözlərinə görə, bunu bir sıra birgə proqramlar və uğurla həyata keçirilən layihələr nümayiş etdirir. Bundan əlavə, Baş direktor təşkilatın təşəbbüslərinə, proqramlarına və layihələrinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Öz növbəsində, Fuad Muradov ICESCO-nun təşkilata üzv dövlətlərə davamlı dəstəyini yüksək qiymətləndirib. O, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verib, onun müxtəlif proqramlar və tədbirlər keçirdiyini qeyd edib. F.Muradov, həmçinin Azərbaycan diasporunun mədəniyyətimizin təbliğində mühüm rolunu vurğulayıb.

Görüşdən sonra nümayəndə heyəti hazırda ICESCO-nun mənzil-qərargahında yerləşən “Peyğəmbərin tərcümeyi-halı və İslam sivilizasiyası” adlı sərgi və muzey ilə tanış olublar.

Paylaş: