Qara dəniz qazı Türkiyənin tələbatının 30 faizini təmin edəcək
Türkiyənin Qara dənizdəki ən böyük qaz yatağı olan “Sakarya” 2030-cu ilə qədər ölkənin təbii qaza olan ehtiyacının 30 faizini təmin edəcək.Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.Nazir bildirib ki, dənizdə qaz hasilatı artıq sutkada təqribən 7,5 milyon kubmetr həddinə çatıb. “Cəmi bir ay ərzində “Sakarya” yatağında hasilatın həcmi 9,5 milyon kubmetrə, 2026-cı ilə qədər isə 20 milyon kubmetrə çatacaq ki, bu da daxili istehlakın 15 faizini ödəyəcək. 2030-cu ilə qədər hasilat iki dəfə artacaq”-deyən Bayraktar Türkiyənin enerji asılılığını ölkənin qarşısında duran ciddi problem adlandırıb və qeyd edib ki, Ankaranın səyləri enerjidaşıyıcıları idxalından asılılığı minimuma endirməyə yönəlib.
Bayraktar Türkiyənin prioritetlərindən birinin - bərpaolunan enerji mənbələrindən istifadənin diqqət mərkəzində qaldığını qeyd edib, O, həmçinin kiçik modul reaktorların tətbiqində gözlənilən irəliləyişlərdən danışıb.
İsveçdə məktəblərdə smartfonların...
Sarayevoda Qazi Hüsrev bəy...
Kanada ABŞ-nın polad və alüminium...
Misirdə sərnişin qatarı ilə mikroavtobus...
Qırğızıstan və Tacikistan arasında...