Azərbaycanda ilk dəfə VIII faktorun Xromogen üsulu ilə müayinəsinin aparılmasına nail olunub
Azərbaycanda ilk dəfə Respublika Klinik Xəstəxanasının laboratoriyasında VIII faktorun Xromogen üsulu ilə müayinəsi həyata keçirilib.
Bu barədə TƏBİB- dən məlumat verilib.
Bildirilib ki, dünya miqyasında məhdud sayda ölkədə icra olunan bu müayinənin laboratoriya şəraitində işlənilməsi uğurla nəticələnib.
Hemofiliya X xromosomu ilə əlaqəli resessiv anadangəlmə qanın laxtalanma pozğunluğu ilə müşahidə olunan xəstəlikdir. Hemofiliya xəstəliyinin diaqnostikasında qanda laxtalanma faktorlarının təyini mühüm rol oynayır.
Məlumat üçün bildirək ki, Azərbaycanda 1750 xəstə hemofiliya diaqnozu ilə dispanser qeydiyyatındadır. Onlardan Hemofiliya A ağır forma 321 xəstə, inhibitor forma isə 44 xəstədir. Hemofiliya A inhibitorlu forma, həm də Hemofiliya A ağır forma xəstələrə profilaktik müalicə olaraq 2017-ci ilin noyabrında ABŞ-ın Qida və Dərman Agentliyi (FDA) tərəfindən xəstələrdə qanaxma epizodlarının qarşısını almaq və ya qanaxmanın tezliyini azaltmaq üçün müntəzəm profilaktika olaraq “Hemlibra” (Emicizumab) preparatı təsdiq edilib. 2022-ci ildən etibarən ölkəmizdə sözügedən preparat ilə 15 inhibitorlu xəstə təmin olunub və ölümlə nəticələnə biləcək qanaxmanın qarşısı alınıb, xəstələrin həyat keyfiyyəti yaxşılaşdırılıb.
Qeyd edək ki, “Hemlibra” preparatı qəbul edən xəstələrdə, məsələn, əməliyyatdan öncə FVIII aktivliyinin müəyyən edilməsi tələb olunarsa, xromogen analizinin istifadəsi tövsiyə edilir.
Sabah Yasamalın bəzi ərazilərində qaz...
İntizam pozuntularına görə 4 vəkilə...
Təqsirləndirilən şəxs: Qarabağa səfər...
Madat Babayan: Silahlar Xankəndidən və...
Arkadi Qukasyandan qondarma rejimlə...