Azərbaycan İlahiyyat İnstitutu Qars Qafqaz Universiteti arasında imzalanmış memorandumun müddəti uzadılıb
Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində Qars Qafqaz Universitetində görüş keçirilib. Görüşdə 2020-ci ildə Azərbaycan İlahiyyat İnstitutu ilə Qafqaz Universiteti arasında imzalanan memorandum çərçivəsindəki əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib.
İnstitutdan verilən məlumata görə, memorandumun əlaqələrin inkişafına müsbət təsiri nəzərə alınaraq, onun müddətinin daha 5 il uzadılması barədə sənəd imzalanıb.
Memorandum təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır. Memorandum çərçivəsində hazırlanan fəaliyyət planı elmi-praktik əlaqələrin genişləndirilməsi, ixtisaslı kadr hazırlığının təmin olunması, qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi və digər mövzuları əhatə edir.
BDU nümayəndə heyəti Pakistanın Lahor...
BMU-da mühəndislik problemlərinin...
Azərbaycan İlahiyyat İnstitutu Qars...
BDU-da elmi seminar: “Planetimizin...
MEK “100 yaşlı kitabxana” adlı virtual...