14 mart 2025, cümə Bakı, 12°C
IMG-LOGO

Beynəlxalq konfransın iştirakçıları BMU laboratoriyalarının imkanlarını yüksək qiymətləndiriblər

14-03-2025
IMG

“Mühəndislik Problemlərinin Həllində Menecment və İdarəetmə” adlı beynəlxalq konfransın (MaCoSEP- 2025, 13-15 mart) iştirakçıları Bakı Mühəndislik Universitetinin (BMU) maddi-texniki bazası ilə tanış olublar.

Fhnews.az xəbər verir ki, BMU-dan verilən məlumata görə, Türkiyə, Ukrayna, Qazaxıstan, Azərbaycan, Macarıstan, Polşa, Gürcüstan, Avstriya, eləcə də digər ölkələrin universitet təmsilçiləri, nüfuzlu yerli və xarici alimlər BMU-nun müasir standartlar əsasında qurulmuş Kibertəhlükəsizlik, Kimya, Mexanika mühəndisliyi və.s laboratoriyalarını gəziblər. Qonaqlar burada nəzəriyyə ilə təcrübənin birləşdirilməsi, geniş elmi tədqiqatlar aparmaq üçün yaradılmış mövcud imkanları müsbət qiymətləndiriblər.

BMU Texnoparkında tələbələrin hazırladığı startaplara da baxan qonaqlar gənclərin innovativ layihələrə marağını və yeniliklərə açıq olmalarını təqdir edib, mövcud texniki şəraiti onların potensiallarının üzə çıxarılmasında əvəzsiz imkan adlandırıblar. Universitet tələbələrinin əməyinin məhsulu olan “Zəngəzur” Pilotsuz Uçuş Aparatı (PUA) xarici qonaqlar tərəfindən xüsusi maraqla qarşılanıb.

Paylaş: