14 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

Türkiyənin Avropa İttifaqına üzvlük prosesi sürətlənir

14-03-2025
IMG

Polşanın Baş naziri Donald Tusk martın 12-də Ankaraya səfəri zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanı regional sabitlik səylərinə rəhbərlik etməyə çağırıb.

İkitərəfli danışıqlar zamanı Ərdoğan Avropanın təhlükəsizlik böhranları ilə üzləşdiyi bir vaxtda Türkiyənin Avropa İttifaqı üçün strateji əhəmiyyətini vurğulayıb, "Xüsusən ABŞ prezidenti Donald Trampın Avropanın özünü müdafiə qabiliyətini artırmalı olduğuna yönəlik israrını nəzərə alsaq, Türkiyənin Aİ-yə üzvlüyünün daha böyük zərurətə çevrildiyini görərik" - deyə bildirib.

“Avropa İttifaqı təsir itkisinin qarşısını almaq və ya gücünü geri qaytarmaq istəyirsə, buna ancaq Türkiyənin tamhüquqlu üzvlüyü ilə nail ola bilər” - deyən Ərdoğan birgə mətbuat konfransında bu mesajı açıq şəkildə ifadə edib.

Ərdoğan danışıqlar prosesindəki fasilələrə baxmayaraq, Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı qərarlı olduğunu bir daha söyləyib.
Qeyd edək ki, Türkiyə 1987-ci ildən namizəd ölkədir və 2005-ci ildə başlayan danışıqlar 2016-cı ildən dayandırılıb.

Paylaş: