15 mart 2025, şənbə Bakı, 11°C
IMG-LOGO

İstanbulda havanın temperaturu kəskin şəkildə düşəcək

14-03-2025
IMG

İstanbula qütblərdən gələn soyuq dalğa ilə qısa müddətdə temperaturun 22 dərəcə kəskin enişi gözlənilir.

İstanbul Aydın Universitetinin alimi Güven Özdemir verdiyi qiymətləndirmədə havanın temperaturunun mart ayının əvvəlindən bəri mövsüm normalarının üzərində olduğunu bildirib.

Bu vəziyyətin martın 17-nə qədər davam edəcəyini qeyd edən Özdemir deyib ki, xüsusilə də səhradan gələn isti hava dalğasının təsiri ilə şənbə günü İstanbulda havanın temperaturu 27 dərəcəyə qədər yüksələcək. 

Martın 18-dən etibarən isə havada kəskin dəyişiklik olacaq. Qütblərdən gələn kontinental qütb hava kütləsi temperaturları sürətlə azaldacaq. Çərşənbə günü İstanbulda temperaturun 5 dərəcəyə enməsi gözlənilir. Bu, çox qısa müddətdə ani temperaturun 22 dərəcə enməsi deməkdir.

Paylaş: