15 mart 2025, şənbə Bakı, 10°C
IMG-LOGO

Avropalılar orta hesabla 81,4 il yaşayır

14-03-2025
IMG

Avropa İttifaqı ölkələrində orta yaş həddi 81,4 yaşa yüksəlib. Ən uzun orta ömür uzunluğu İspaniya və İtaliyada müəyyən edilib.

Avropa Statistika İdarəsi Aİ ölkələrində orta ömür uzunluğuna dair məlumatları dərc edib.Məlumata görə, 2023-cü ildə Aİ ölkələrində orta ömür uzunluğu əvvəlki ilə nisbətən 0,8 il artaraq 81,4 yaşa çatıb. Beləliklə, orta ömür uzunluğu 2002-ci illə müqayisədə 3,8 il artıb. Qadınların orta ömür uzunluğu kişilərinkindən 5,3 il çox olub.

Aİ ölkələrində orta ömür uzunluğu qadınlar üçün 84, kişilər üçün isə 78,7 il olub.

Aİ ölkələrində ən uzun ömür İspaniyada 84, İtaliyada 83,5, Lüksemburq, Malta və İsveçdə 83,4, Fransada isə  83 il müəyyən edilib.

Paylaş: