14 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

Mozambik və Malavidə "Jude" qasırğası ciddi fəsadlar törədib

14-03-2025
IMG

Mozambikin Milli Fəlakət İdarəetmə İnstitutu “Jude” qasırğası nəticəsində 6 nəfərin öldüyünü, 20 nəfərin isə yaralandığını bildirib.

Nampula, Niasa və Zambezia bölgələrində qasırğa səbəbilə 9 min 525 nəfər didərgin düşüb.

Malavidə isə qasırğada 3 nəfər ölüb, 20 min insan isə qasırğanın gətirdiyi şiddətli yağışlar səbəbindən evsiz qalıb. 

Malavi Fəlakətlərin İdarə Edilməsi Departamenti qeyd edib ki, evsiz qalanlar təxliyə mərkəzlərinə aparılıb.

Paylaş: