14 mart 2025, cümə Bakı, 16°C
IMG-LOGO

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

14-03-2025
IMG

İtaliyanın şimalındakı Emilia-Romanya və Toskana regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub.

Fhnews.az xəbər verir ki, aramsız leysan yağışları çayları məcrasından çıxarıb, evləri, küçələri, iş yerlərini su basıb.

Daşqın infrastruktura ziyan vurub, avtomagistrallar nəqliyyatın hərəkətinə bağlanıb. Bəzi bölgələrdə fırtına ağacları və reklam lövhələrini aşırıb, binaların dam örtüklərini qoparıb, avtomobillərə ziyan vurub.

Mülki müdafiə və dəniz siyasəti üzrə nazir Nello Musumeci Emilia-Romanya regionu üçün fövqəladə səfərbərlik vəziyyəti haqqında fərman imzalayıb. Bəzi bələdiyyələrdə məktəblər bağlanıb. Livornodan Elba adasına gedən bərələrin hərəkəti əlverişsiz hava şəraiti səbəbindən dayandırılıb. Emilia-Romanyada qırmızı, Toskanada narıncı xəbərdarlıq elan olunub.

Paylaş: