Azərbaycanın daha bir boksçusu Macarıstandakı turnirdə yarımfinala yüksəlib
Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirdə 1/4 final mərhələsi başa çatıb.
Boks Federasiyasından verilən məlumata görə, Azərbaycan millisinin daha bir idmançısı adını yarımfinala yazdırıb.
Əli Abdullayev (65 kiloqram) Qerq Şaraza (Macarıstan) qalib gəlib – 5:0 (30:25, 30:25, 30:26, 29:28, 29:28). O, yarımfinalda Erik Suçi (Çexiya) ilə döyüşəcək.
Qeyd edək ki, finala gedən yolda Tural Sarıyev (50 kiloqram) Peter Lakatosla (Macarıstan), Məhəmmədəli Qasımzadə (60 kiloqram) Aksel Eqartla (Uels) qarşılaşacaq.
Azərbaycanın boks millisi Göygöldə...
Ağırlıqqaldırma üzrə Azərbaycan...
Gürcüstandakı “Böyük Dəbilqə”də iştirak...
AFFA İcraiyyə Komitəsinin qərarları...
Azərbaycanın daha bir boksçusu...