Həbsxanada aclıq aksiyası keçirən Perunun keçmiş prezidenti xəstəxanaya yerləşdirilib
Həbsxanada aclıq aksiyasına başlayan Perunun keçmiş prezidenti Pedro Kastilonun səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Onun maye-elektrolit balansının pozulması və yüngül susuzlaşdırma şübhəsi ilə xəstəxanaya göndərildiyi bildirilib.
Hakim Norma Carbajal 55 yaşlı Kastilonun həyatının təhlükədə olmadığını açıqlayıb. Yerli KİV-in məlumatına görə, aclıq aksiyasına görə həbsxana qaydalarını pozan Kastilonun ziyarətçi hüquqları da dayandırılıb.
Onun keçmiş vəkili Valter Ayala elan edib ki, Kastillo hüquqlarının bərpası üçün İnsan Hüquqları üzrə Amerikalararası Komissiyaya müraciət edib. O, martın 10-da "ictimai asayişi pozmaq" ittihamı ilə mühakimə olunduğu məhkəmə işinə etiraz etmək üçün həbsxanada aclıq aksiyasına başladığını açıqlayıb.
Ona qarşı irəli sürülən ittihamları rədd edən Kastillo, "Heç vaxt etmədiyim cinayətlərə görə haqsız yerə həbs olundum. Bu gündən etibarən mənə qarşı edilən haqsızlıqlara görə aclıq aksiyasına başlamağa qərar verdim"-deyib.
Qeyd edək ki, Peruda cinayət təşkilatına rəhbərlik etdiyi və ictimai cinayətlər törətdiyi iddiası ilə 2022-ci ilin dekabr ayından mühakimə olunan Kastilonun qabaqlayıcı həbs cəzası 11 iyun 2024-cü ildə daha 14 ay uzadılıb.
Astronomlar kiçik qayalı planetlərdən...
İtaliyada əlverişsiz hava şəraiti...
İsveçdə mövsümi qrip gənclər arasında...
Finlandiya böhran vəziyyətlərində...
Maskın suda üzəcəyini iddia etdiyi...