Bu gün Türkiyədə Tibb Günü qeyd olunur
Hər il 14 Martda qeyd olunan, Türkiyədə tibb həkimlərinin xidmət problemlərinin müzakirə edildiyi və elmə verdikləri töhfələrin mükafatlandırıldığı bir anma və qeyd etmə günüdür.1827-ci il martın 14-də II. Mahmud dövründə Hekimbaşı Mustafa Behçetin təklifi ilə Tıbbihane-i Əmirə və Cerrahhane-i Əmirə adları ilə Şehzadebaşındaki Tulumbacıbaşı Köşkündə ilk cərrahiyyə mərkəzi qurulur. Məktəbin yarandığı gün olan 14 mart “Tibb günü” kimi tarixə düşür. İlk dəfə 1919-cu ildə, İstanbulun işğal altında olduğu vaxt tibb tələbələri tərəfindən mandat və protektorata etiraz olaraq qeyd olunub. Həmin gün tibb fakültəsinin 3-cü kurs tələbəsi Hikmətin rəhbərliyi ilə tələbələr işğala etiraz etmək üçün toplaşaraq dövrün tanınmış həkimləri tərəfindən dəstəklənirlər. Aksiyada iştirak etdikləri üçün həbs edilən Tibb Fakültəsinin tələbələri “Məktəbin yaranmasının ildönümünü, martın 14-nü qeyd edirdik”- deyərək özlərini müdafiə ediblər.
Beləliklə, tibb bayramı tibb işçilərinin vətən müdafiə hərəkatı kimi başlayır. Qeyd edək ki, 1929-1937-ci illər arasında Türkiyədə Tibb Günü 12 mayda qeyd olunurdu. Bu tarix Bursadakı Yıldırım Xəstəxanasında ilk türk tibb kurslarının başladığı tarix olaraq qəbul edildiyi üçün qeyd olundu. Lakin zaman keçdikcə bu təcrübədən imtina edilərək yenidən 14 mart Tibb Günü kimi qeyd olunmağa başlayıb.
İtaliyada əlverişsiz hava şəraiti...
İsveçdə mövsümi qrip gənclər arasında...
Finlandiya böhran vəziyyətlərində...
Maskın suda üzəcəyini iddia etdiyi...
Çinin süni intellekt uğuru...