14 mart 2025, cümə Bakı, 12°C
IMG-LOGO

Azərbaycan artistləri Qazaxıstanda bayram şənliyində çıxış ediblər

14-03-2025
IMG

Qazaxıstanın Mangistau vilayətində yazın müjdəçisi olan Amal bayramı geniş miqyasda qeyd olunur.

Fhnews.az Mangistau vilayəti rəhbərinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bayram tədbiri rayonun ən hündür məkanlarından birində yerləşən “Adai ata - Otpan tau” tarix-mədəniyyət kompleksinin ərazisində təşkil olunub.

Festival çərçivəsində rayon rəssamlarının “Amalın ak tanı” sərgisi təşkil olunub, teatrlaşdırılmış tamaşa nümayiş etdirilib. Həmçinin yerli incəsənət kollektivlərinin qala-konserti olub.

Azərbaycan, Türkiyə, Özbəkistan və Türkmənistandan xüsusi olaraq dəvət olunmuş sənətçilər öz ifaları ilə festivalın qonaqlarını sevindiriblər.

Qeyd olunub ki, Amal bayramı əcdadlardan miras qalmış ənənədir və müasir cəmiyyətdə öz unikallığını qoruyub saxlayır, həmçinin birliyin və harmoniyanın möhkəmlənməsinə kömək edən xüsusi bir gündür.

Paylaş: