14 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

14-03-2025
IMG

Martın 14-də Konstitusiya Məhkəməsində Prezident yanında Dövlət İdarəçilik Akademiyası və Konstitusiya Məhkəməsinin birgə təşkil etdiyi “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin innovativ dövlət idarəçiliyi siyasəti: suverenliyə aparan yol” mövzusunda seminar keçirilib.

Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək bildirib ki, Konstitusiya Məhkəməsi ilə ali təhsil və elm müəssisələri arasında daim sıx əməkdaşlıq əlaqələri olub. Ona görə də gənclər arasında hüquqi biliklərin artırılması və onların dövlətin Əsas Qanununda təsbit edilmiş dəyər və prinsiplər haqqında məlumatlandırılmasına böyük diqqət yetirilir.

Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan dinamik və sürətlə inkişaf edərək müasir iqtisadi və sosial cəhətdən dünyanın qabaqcıl ölkələri sırasında yer tutur. Gənclər bu siyasətin önündə getməli və ölkəmizdə həyata keçirilən quruculuq işlərində aparıcı qüvvə olmalıdırlar.

Tədbirdə Konstitusiya Məhkəməsi və Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

İmzalanma mərasimindən sonra çıxış edən Fərhad Abdullayev və Urxan Ələkbərov Memorandumun iki qurum arasında hüquqi əməkdaşlıq əlaqələrinin genişləndiriləcəyini bildiriblər.

Paylaş: