15 mart 2025, şənbə Bakı, 11°C
IMG-LOGO

Mark Karni Kanadanın yeni baş naziridir

14-03-2025
IMG

Həftə sonu Kanadada Liberal Partiyanın lideri seçilən Mark Karni ölkənin 24-cü baş naziri kimi and içib.

Yerli mətbuatda yer alan xəbərlərə görə, paytaxt Ottavadakı Rideau Hallda keçirilən andiçmə mərasimindən əvvəl Karni jurnalistlərə “Biz diqqət mərkəzində olan bir hökumətik, fəaliyyətə fokuslanmışıq” deyib. 

2015-ci ildən baş nazir olan Castin Trüdo bu gün rəsmi olaraq vəzifəsindən istefa verib və 37 nəfərlik kabineti buraxıb.

Qeyd edək ki, Mark Karni martın 9-da keçirilən prezident seçkilərinin birinci turunda 85,9 faiz səs toplayaraq Liberal Partiyasının yeni lideri seçilib.

Paylaş: