Ötən il dövlət büdcəsinin gəlirləri təxminən 37,2 milyard manat təşkil edib
2024-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 37,2 milyard manat (102 faiz icra), xərcləri isə 37,7 milyard manat (95 faiz icra) təşkil edib. Beləliklə, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi - maliyyə sabitliyi və inflyasiyanın aşağı birrəqəmli səviyyəsi təmin edilib.
Fhnews.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 14-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.
Baş nazir bildirib ki, maliyyə vəziyyətimizin yaxşılaşması nəticəsində qeyri-neft sektorunda iqtisadi fəallığın təmin edilməsi, sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması, vergi-gömrük güzəştləri, biznes-investisiya mühitinin yaxşılaşdırılması, habelə dövlətlə özəl sektor arasında birgə maliyyələşdirmə istiqamətində kompleks işlər davam etdirilib.
O qeyd edib ki, investisiya təşviqi ilə bağlı yeni mexanizmlər əsasən regionların inkişafına və investisiya potensialının artırılmasına yönəldilib. 2024-cü ildə sənaye zonalarında 3,3 milyard manat dəyərində məhsul istehsal olunub, ondan 1,1 milyard manat həcmində məhsul ixracı edilib.
“Azərkosmos” Papua Yeni Qvineyanı əhatə...
Azərbaycanlı tələbələrin Türkiyədə...
İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda...
“Biznesə daxilolma” İşçi qrupunun iclası...
Britaniyanın Vergi və Gömrük...