14 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

Qusarda mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb

14-03-2025

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonu, Zuxul kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Relyefin mürəkkəbliyi səbəbindən yanğın əsasən əl üsulu ilə söndürülür.

Əlavə məlumat veriləcək.

Paylaş: