14 mart 2025, cümə Bakı, 10°C
IMG-LOGO

Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığın inkişafı məsələsi müzakirə edilib

14-03-2025
IMG

İqtisadiyyat nazirinin İtaliyanın şirkətlər və “Made in Italy” naziri ilə görüşündə biznes tərəfdaşlığı, ölkələrimizi təmsil edən şirkətlərin qarşılıqlı fəaliyyəti və yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyaya səfəri çərçivəsində bu ölkənin şirkətlər və "Made in Italy" naziri Adolfo Urso ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İtaliyanın biznes tərəfdaşlığı, ölkələrimizi təmsil edən şirkətlərin qarşılıqlı fəaliyyəti və yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Paylaş: