Zərərli orqanizm aşkarlanan nektarin tingləri məhv edilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən əkin-səpin materiallarına nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi 38 min ədəd nektarin tingi (fantasia sortu) partiyasından nümunələr götürülüb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, müayinə nəticəsində nümunələrdə karantin tətbiq edilən zərərli orqanizm − Şarka virusu aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib.
Qeyd edək ki, Şarka virusu meyvə ağaclarında, xüsusilə nektarin, şaftalı, gavalı və albalıda ciddi xəstəliklərə səbəb olur. Virus bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.
Vəkillər Kollegiyasının rəhbərliyi...
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ...
Konstitusiya Məhkəməsi ilə Dövlət...
Laçında işəgötürənlərlə görüş keçirilib...
Bərdənin Güloğlular kəndindəki bazarda...