Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb
Türkiyə, İraq, Suriyadan olan Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
Fhnews.az xəbər verir ki, heyətə QHT sədrləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri də daxildir.
Səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə həyata keçirilir. Qonaqlar martın 15-də Qarabağ Universitetinin müəllim və tələbələri ilə görüşəcək, növbəti gün isə Şuşa və Füzuli şəhərləri ilə tanış olacaqlar.
Martın 18-də Bakı şəhərində ilk dəfə olaraq “Türkman irsi: Vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək.
Səfər martın 19-dək davam edəcək. Səfər çərçivəsində əməkdaşlığa dair mühüm görüşlərin də keçirilməsi planlaşdırılır.
Psixoloq və mütəxəssislər bullinq...
FHN-in Qarabağ Regional Mərkəzi ağacəkmə...
İlaxır çərşənbənin hava proqnozu...
Azərbaycanda quş qripinə qarşı növbəti...
Milli Oftalmologiya Mərkəzinin Səyyar...