15 mart 2025, şənbə Bakı, 21°C
IMG-LOGO

İngiltərədə Con Lennonun xatirəsinə xüsusi sikkə buraxılıb

15-03-2025
IMG

İngiltərə Kral Sikkəxanası “Beatles” qrupunun üzvü Con Lennonun 85 illik yubileyi münasibətilə xüsusi sikkə buraxıb.

"Musiqi Əfsanələri" sikkə seriyasının bir hissəsi olan dizaynda 1974-cü ildə musiqi fotoqrafı Bob Qruen tərəfindən çəkilmiş Lennonun simvolik portreti var.Bildirilib ki, sikkə qızıl və gümüş kimi qiymətli metallarla yanaşı müxtəlif rənglərdə də satışa çıxarılacaq.

Qiymətlər beş funtluq sikkə üçün 18,50 funt sterlinqdən başlayacaq və 200 funtluq sikkə üçün 6,420 funt-sterlinqə qədər yüksələcək.

"Şübhəsiz ki, bütün zamanların ən böyük müğənni-bəstəkarlarından biri olan Lennon sənətçi, fəal və sülh tərəfdarı kimi yaşayır və indi həmişəlik bir sikkə ilə xatırlanacaq"-deyə Kral Sikkəxanasının Xatirə Sikkələri üzrə Direktoru Rebekka Morqan bildirib.

Paylaş: