16 mart 2025, bazar Bakı, 9°C
IMG-LOGO

Azərbaycanın taekvondo hakimi Qazaxıstanda turnirin ən yaxşısı seçilib
 

15-03-2025
IMG

Azərbaycanın taekvondo üzrə beynəlxalq dərəcəli referiləri Rza Məcidov və Seymur Məmmədov gənclər arasında keçirilən Qazaxıstan açıq çempionatında ölkəmizi hakim kimi təmsil ediblər.

Azərbaycan Taekvondo Federasiyasından  verilən məlumata görə, Seymur Məmmədov kişilər arasında yarışın ən yaxşı hakimi adına layiq görülüb.

Hər iki ədalət təmsilçisinə turnirin Təşkilat Komitəsi tərəfindən iştirakçı sertifikatı da təqdim olunub.

Paylaş: