Azərbaycan paralimpiyaçısı beynəlxalq turnirdə həlledici mərhələyə vəsiqə qazanıb
Azərbaycan paralimpiyaçısı Polad Rzayev Avstriyanın Jerzens şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində rəsmi debüt edib.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, LW3 kateqoriyası üzrə mübarizə aparan idmançımız ilkin mərhələni 1:40.19 nəticə ilə uğurla başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.
İlkin mərhələdə çıxış edən 28 paralimpiyaçıdan 17-si əsas mərhələdə çıxış edəcək.
Yarış 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
Azərbaycan cüdoçusu Avropa Kubokunda...
Azərbaycan paralimpiyaçısı beynəlxalq...
Basketbol üzrə Azərbaycan çempionatında...
İdman və xidmət ixtisasları üzrə işçi...
Azərbaycanın taekvondo hakimi...