15 mart 2025, şənbə Bakı, 21°C
IMG-LOGO

Qax rayonu, Ağyazı kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub

15-03-2025

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qax rayonu, Ağyazı kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində dağlıq ərazidə 100 ha sahədə quru ot və kol-kos yanıb, ətraf ərazilər yanğından mühafizə olunub.

Paylaş: