15 mart 2025, şənbə Bakı, 21°C
IMG-LOGO

Təbiət ağrıları yüngülləşdirir

15-03-2025
IMG

Alimlər aşkar ediblər ki, hətta təbiət şəkilləri belə  beyin fəaliyyətini dəyişdirərək ağrıları yüngülləşdirir. Bu tapıntı təbii əsaslı müalicələrin ağrının idarə olunmasında təsirli ola biləcəyini göstərir.

Vyana Universitetinin nevroloqları və beynəlxalq tədqiqatçılar qrupu tərəfindən aparılan yeni bir araşdırma, təbiətlə qarşılıqlı əlaqənin fiziki ağrıları azalda biləcəyini müəyyən edib. Üstəlik, nəinki təbiətdə olmaq, hətta təbiət videolarına baxmaq belə ölçülə bilən ağrı kəsici təsiri göstərir.

Tədqiqat çərçivəsində, funksional maqnit rezonans görüntüləmədə iştirakçıların təbiət mənzərələrini seyr edərkən hiss etdikləri ağrıları daha az olaraq qiymətləndirdikləri müşahidə edilib. Bu tapıntılar göstərir ki, təbiətə əsaslanan müalicələr ağrının idarə edilməsində təsirli və tamamlayıcı bir üsul ola bilər. Tədqiqatçılar təbiət şəkillərinin beyinə çatan ağrı siqnallarını azaldığını müəyyən ediblər. Araşdırmaya görə, ağrı tapmaca kimi bir çox parçadan ibarətdir və beyin bu parçaları müxtəlif üsullarla emal edir. Bunlardan bəziləri ağrının fiziki şiddətindən, bəziləri isə ağrının insanda hiss etdiyi narahatlığın dərəcəsindən asılıdır.

Bu araşdırma təbiətin ağrı kəsici təsirini ortaya qoyur və təbiətə əsaslanan müalicələrin ağrı müalicəsinə əhəmiyyətli töhfə verə biləcəyini vurğulayır. Üstəlik, bu effekti təkcə təbiət qoynunda olmaqla deyil, həm də təbiət videolarına baxmaqla əldə etmək mümkündür.

Tədqiqat nüfuzlu “Nature Communications” elmi jurnalında dərc olunub.

Paylaş: