17 mart 2025, bazar ertəsi Bakı, 22°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

Mars kosmik gəmisi milyonlarla illik sirri ortaya çıxarıb

15-03-2025
IMG

NASA-nın “Perseverance” roveri Marsın səthindəki qəribə qayaların lazer analizi ilə Qırmızı Planetin keçmişi ilə bağlı mühüm ipuçları əldə edib.
Marsın Jezero kraterində aşkar edilən açıq rəngli suxurların tərkibində yalnız çox isti və rütubətli şəraitdə əmələ gələ bilən minerallar var. Bu, planetin düşündüyümüzdən çox fərqli bir yer ola biləcəyini göstərir.

ABŞ-nın Purdue Universitetindən planetoloq Rocer Viens "Yer kürəsində bu növ minerallar güclü yağışlı isti iqlimlərdə və ya isti bulaqlar kimi hidrotermal sistemlərdə əmələ gəlir. Bu mühitlər bildiyimiz kimi həyat üçün ideal şəraitdir"-deyərək bu mineralların qayaların uzun müddət axan suda qalması nəticəsində əmələ gəldiyini bildirib. 
Mars ilk dövrlərində necə idi və zamanla necə dəyişdi-bu, elm adamlarının həll etməyə çalışdıqları böyük sirrlərdən biridir. Bu sualların cavabları Qırmızı Planetin keçmişdə yaşamaq üçün yararlı olub-olmadığını anlamağa kömək edə bilər. 

Marsın tarixi onun səthindəki qayalarda gizlənir və alimlər Yerdəki geoloji biliklərindən istifadə edərək bu dili deşifrə etməyə çalışırlar. Ancaq milyonlarla kilometr uzaqlıqdakı bu planetdə düzgün qayaları tapmaq və araşdırmaq asan məsələ deyil.

Tədqiqatçılar “Perseverance”ə Laser Induced Weathering Spectroscopy adlı texnologiyadan istifadə edərək bu qayaları öyrənmək tapşırığı veriblər. Bu texnika suxurların tərkibini onlara lazerlə vuraraq təhlil edir. Lazer mineralın kiçik bir hissəsini buxarlandırır və onun atomlarını və ionlarını stimullaşdırır. Sonra spektroskopiya cihazı yayılan işığı araşdıraraq mineralın tərkibini təyin edir.

Təhlillər suxurların əsasən kaolinit adlanan yumşaq, ağ silikat gil mineralından ibarət olduğunu ortaya qoyub. Marsdakı kaolinit Yerdəkindən daha sərt olub. Bunun Marsda fərqli hava şəraiti ilə əlaqədar olduğu düşünülür.

Kaolinit əmələ gəlməsi üçün isti və rütubətli mühit tələb olunur. Bu, Marsın bir zamanlar mikrob həyatı dəstəkləyə biləcək şərtlərə malik olması ehtimalını gücləndirir. Jezero kraterində bu mineralı ehtiva edən 4000-dən çox qaya tapılıb. Tədqiqatçılar suxurlarda spinel adlı başqa mineralın izlərini də aşkar ediblər. Spinel Yer üzündə tərkibində maqnezium alüminium olan qiymətli daş kimi tanınır. Lakin onun Marsdakı kaolinit suxurlarında necə əmələ gəldiyi hələ də məlum deyil. Alimlər bu mineralın həm vulkanik, həm də metamorfik proseslər nəticəsində əmələ gələ bilən alüminiumla zəngin bir növ ola biləcəyini düşünürlər.

Kaolinitin haradan gəldiyini dəqiq müəyyən etmək də vacib bir sualdır. Peyk görüntüləri Jezero kraterinin kənarında kaolinitlə zəngin qayaları göstərir. Alimlər bu qayaların mənşəyini tapa bilsələr, onların necə əmələ gəldiyini daha yaxşı anlaya bilərlər. Bu məlumat Marsda suyun tarixi və planetin yaşayış üçün yararlı olub-olmaması ilə bağlı kritik ipuçları verə bilər.

Paylaş: