ABŞ-da tornado
Amerikanın 4 ştatını əhatə edən tornadolarda 14 nəfər həyatını itirib. Tornadolar böyük fəsadlar törədib, şiddətli tufan və yüksək tornado riskinin bu gecə də davam edəcəyi qeyd edilib. Gecə boyu mərkəzi və cənub bölgələrində təsirli olan tornadolar böyük dağıntılara səbəb olub. Milli Hava Proqnozu Mərkəzinin meteoroloqu David Roth aşağı təzyiq sisteminin Arkanzas, İllinoys, Missisipi və Missuri ştatlarının bəzi bölgələrində güclü fırtınalara səbəb olduğunu və buna görə də dünən gecədən bu gün səhər saatlarına qədər 26 tornadonun meydana gəldiyi bildirib. Sinoptiklər fırtınalar yenidən gücləndiyi üçün tornado və şiddətli tufan riskinin ən yüksək olduğunu deyirlər.
Milli Meteoroloji Xidmətin məlumatına görə, tufan gün ərzində şərqə doğru hərəkət edəcək və gecə yarısı Florida Panhandle və Atlantaya çatacaq.
Qazaxıstanda qar uçqunu nəticəsində bir...
Qazaxıstanda ilin əvvəlindən baş verən...
İndoneziyada 6 bal gücündə zəlzələ baş...
ABŞ-da tornado və şiddətli fırtınalar...
Dənizdə sirrə qədəm qoyan baş nazir...