Britaniya döyüşünün sonuncu sağ qalan pilotu 106 yaşında vəfat edib
Britaniya döyüşündə (Battle of Britain) iştirak edən sonuncu sağ qalan pilot, qrup kapitanı Con Heminqvey 106 yaşında dünyasını dəyişib.
Fhnews.az “The Independent”ə istinadla xəbər verir ki, 1919-cu ildə Dublində anadan olan Heminqvey ömrünü hərbi xidmətə həsr edib. O, 1938-ci ildə Britaniya Kral Hərbi Hava Qüvvələrinə (RAF) qoşulub və tezliklə Fransa döyüşündə vuruşan gənc pilotlardan biri olub. İki il sonra, o, Britaniya döyüşündə iştirak edib.
Şahzadə Uilyam və Baş nazir Kir Starmer C. Heminqveyin vəfatı ilə bağlı başsağlığı verənlər arasında olub.
Britaniya döyüşü (Battle of Britain) İkinci Dünya müharibəsinin ən mühüm hava döyüşlərindən biri olub. 1940-cı ilin iyul-oktyabr aylarında Böyük Britaniya ilə Nasist Almaniyası arasında baş verən bu döyüş, Avropanın gələcəyini müəyyən edən əsas hadisələrdən biri kimi tarixə düşüb.
Böyük Britaniyada audiokitabların...
Qazaxıstanda uşaq mərkəzində infeksiya:...
Çilidə dünyanın ən böyük rəqəmsal...
Çin alimləri xərçəngin müalicəsində...
Britaniya döyüşünün sonuncu sağ qalan...